Rusiyada koronavirusdan daha 128 nəfər öldü

Rusiyada koronavirusdan daha 128 nəfər öldü
  10 Sentyabr 2020    Oxunub:2672
Rusiyada koronavirus (COVID-19) infeksiyasına 5363 yeni yoluxma faktı qeydə alınıb.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, son 24 saat ərzində 128 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 1 046 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 862 373 nəfər müalicə olunaraq sağalıb, 18 263 isə nəfər dünyasını dəyişib.

Hazırda 165 734 pasiyentin müalicəsi davam edir.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus   Pandemiya  





Xəbər lenti