Rusiyada vətəndaşlıq almaq və işləmək asanlaşır

  Rusiyada vətəndaşlıq almaq və işləmək asanlaşır
  10 Sentyabr 2020    Oxunub:4495
Rusiya Daxili İşlər Nazirliyi, Rusiya vətəndaşlığını almaq və əcnəbilərin işə qəbulu prosedurunu sadələşdirəcək yeni federal qanun konsepsiyasını hazırlayıb və konsepsiya hazırda müzakirə mərhələsindədir.
Azvision.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Məsələləri Baş İdarəsinin rəisi Valentina Kazakova deyib.

“Rusiya Federasiyası prezidentinin (Vladimir Putin - Red) göstərişlərini nəzərə alaraq hazırda Daxili İşlər Nazirliyi, federal icra hakimiyyəti orqanları ilə birlikdə xarici vətəndaşların hüquqi statusu haqqında tamamilə yeni federal qanun layihəsi hazırlayır. Və orada, çox dəyişiklik olacağını düşünürük. Rusiya ərazisində qalma müddəti ilə bağlı müəyyən dəyişiklik ediləcək, sənədlərin işlənməsi proseduru sadələşdiriləcək”, deyə o bildirib.

Onun sözlərinə görə, Daxili İşlər Nazirliyi yeni qanunda miqrasiya rejimlərinin bölgüsünü təyin etməyi planlaşdırır:

“Xarici vətəndaş ölkəyə işləmək məqsədi ilə gəlsə, bütün sənədlərini sadə və səmərəli şəkildə tərtib edə biləcək. Bunun üçün müxtəlif elektron qeydlər tətbiq ediləcək. İşəgötürənlərin reyestri, xarici işçilərin reyestri”.

Bundan əlavə Kazakova bildirib ki, Rusiyada əcnəbilərin məşğulluğu üçün prosedurların çoxu sadələşdiriləcək. Çünki hazırda xarici vətəndaşları işə cəlb etmək üçün 30-dan çox seçim mövcuddur.

“İndi olduğu kimi müvəqqəti yaşayış icazəsi institutundan imtina etməyi təklif edirik. Əvvəlcə müvəqqəti yaşamaq icazəsi alınmalı, sonra oturma izni alınmalı, daha sonra şəxs istəsə, vətəndaşlıq almaq üçün müraciət edə bilər”.

DİN rəsmisi qeyd edib ki, federal qanun layihəsinin 2021-ci ildə tam hazır olacaq.

Azvision.az


Teqlər: Rusiya   Pasport  





Xəbər lenti