Obamadan Novruz təbriki - VİDEO

Obamadan Novruz təbriki - VİDEO
  19 Mart 2013    Oxunub:1261
İran xalqının Novruz Bayramını təbrik edən Obama Hafiz Şirazidən sitat gətirib.
Amerika prezidenti Barak Obama İranda yeni ilin başlanğıcı kimi qeyd olunan Novruz münasibətilə videomüraciət ünvanlayıb. Ağ Evin rəsmi səhifəsində farsca titrlarla yayımlanan müraciətdə İran xalqı və liderlərinə səslənən Obama iranlıları bayram münasibətilə təbrik edib.

Müraciətinə “Bu Novruz da ailəniz və dostlarınızla bir araya gələrkən bir çoxlarınız şair Hafizin “Xoşbəxtlik meyvəsi verən dostluq ağacları əkin, sonsuz əzab verən düşmənçilik fidanlarını kökündən çıxarın” beytlərini xatırlayacaq” deyə başlayan Amerika lideri, “Yeni bir ilə qədəm qoyduğunuz bu günlərdə ölkələrimiz arasında dostluq və sülh meyvəsi verən yeni bir günün doğması üçün çalışmağa davam edəcəyəm” söyləyib.




Teqlər:  





Xəbər lenti