İranda virusdan ölənlərin sayı 23 minə çatır

İranda virusdan ölənlərin sayı 23 minə çatır
  11 Sentyabr 2020    Oxunub:2455
İranda son 24 saat ərzində 2313 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 115 pasiyent həyatını itirib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 397 801-ə, ölənlərin sayı isə 22 913-ə çatıb.

Xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 342 539 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3,7 mindən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti