TQDK-dan abituriyentlərə xəbərdarlıq

TQDK-dan abituriyentlərə xəbərdarlıq
  19 Mart 2013    Oxunub:1482
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə xəbərdarlıq edib
Bu barədə Azvision.az-a komissiyanın mətbuat xidmətindən məlumat veriblər. Bildiriblər ki, TQDK tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış mart ayının sonlarında (Novruz bayramından sonrakı ilk iş günlərində) aparılacaq.

Sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq. Balansdan 3 manat 54 qəpik məbləğ çıxılacaq. Fakturalı xətt abonentləri bu xidmətdən istifadə edə bilməzlər.

AzVision.az



Teqlər:





Xəbər lenti