Türkiyədə koronavirusdan daha 56 nəfər ölüb

   Türkiyədə koronavirusdan daha 56 nəfər ölüb
  12 Sentyabr 2020    Oxunub:3171
Türkiyədə son sutka ərzində 56 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1671 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 6951, virusa yoluxanlar isə 288 126 nəfərə çatıb.

Türkiyədə indiyədək 256 524 pasiyent (son sutkada 1117 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus   Pandemiya  





Xəbər lenti