Britaniyada gündəlik yoluxma sayı artdı

Britaniyada gündəlik yoluxma sayı artdı
  12 Sentyabr 2020    Oxunub:2919
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3539 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 361 min 677, xəstəlikdən ölənlərin sayı isə 41 min 614 nəfərə çatıb.

Bugünkü yoluxma sayı son günlər qeydə alınan ən yüksək göstəricidir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti