İtaliyada 1616 yeni yoluxma qeydə alındı

İtaliyada 1616 yeni yoluxma qeydə alındı
  12 Sentyabr 2020    Oxunub:2895
İtaliyada son sutka ərzində 1616 nəfər koronavirus infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə Departamenti məlumat yayıb.

Bildirilib ki, İtaliyada indiyədək koronavirusa yoluxanların ümumi sayı 284 min 796 nəfərdir.

Son bir gündə pandemiya qurbanlarının sayı 10 nəfər artaraq 35 min 597-yə çatıb, bu günə qədər 212 min 432 xəstə müalicə olunaraq sağalıb.

Azvision.az


Teqlər: İtaliya   Koronavirus  





Xəbər lenti