Gül: `Soyqırım` məsələsi əlaqələrimizə zərər verir- VIDEO

Gül: `Soyqırım` məsələsi əlaqələrimizə zərər verir- VIDEO
  28 Yanvar 2014    Oxunub:1051
Abdullah Gül: Fransada qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qanunu ifadə azadlığının pozulması idi.

AzVision.az türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül Ankarada səfərdə olan fransalı həmkarı Fransua Olland ilə keçirdiyi mətbuat konfransında bildirib ki, qondarma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılması qanunu ifadə azadlığının pozulması idi. Fransa Konstitusiya Məhkəməsinin bu qanunu ləğv etməsindən məmnunluğunu ifadə edən A.Gül deyib ki, bu məsələ Türkiyə-Fransa əlaqələrinə zərər verən bir məsələ olub. Halbuki 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələr zamanı müsəlmanların da çox ağrı-acıları olub. Əgər biz həmin ağrı-acıları nəsildən-nəslə daşısaq, bu, pis nəticələr verə bilər. Biz arxivlərimizi açdıq və bəyan etdik ki, ortaq tarix komissiyası bununla məşğul ola bilər. Problemi bərabər həll etməliyik. Digər tərəfdən, bu məsələ ilə bağlı hər kəs istədiyi fikri səsləndirə bilər və biz bu ifadə azadlığının təmin edilməsini Fransadan da gözləyirik. Bu kontekstdə Fransa Konstitusiya Məhkəməsinin qərarını məmnunluqla qarşıladıq.

Bundan əlavə o bildirib ki, Türkiyə tarixçilər üçün bütün arxivlərini açıb. "Nəsildən-nəsilə ağrı vermək düzgün olmazdır. Tarixi tarixçilərə vermək lazımdır. Biz bütün arxivlərimizi açmağa hazır idik və açdıq. Türkiyə qanunlarında müzakirələr üçün bəzi maneələr mövcud idi, lakin biz bu qanunlarda dəyişiklik etdik. Türkiyədə bütün məsələləri müzakirə etmək olar", - Türkiyə prezidenti bildirib.

Fransua Olland isə öz növbəsində bildirib ki, 1915-ci il hadisələri ilə bağlı araşdırmalar aparılmalıdır. Əsas məsələ sülhü və anlaşmanı təmin etməkdir. Biz tarixin gündəmə gəldiyi bir dövrə qədəm qoyuruq. Bu il Birinci Dünya müharibəsinin 100 illiyi olacaqdır. Hamımız doğru olanı, həqiqəti və hüququ axtaracağıq.






Teqlər:  





Xəbər lenti