27 yaşlı çempion edam edildi

27 yaşlı çempion edam edildi
  12 Sentyabr 2020    Oxunub:4631
İranda güləş üzrə çempion, 27 yaşlı Nəvid Əfkari edam edilib.
Azvision.az xəbər verir ki, idmançı hökumət əleyhinə keçirilən etiraz aksiyalarında qruplaşmalar yaratmaqda və polisin ölümündə təqsirli bilinib.

Məlumata görə, N.Əfkari eyni zamanda 2018-ci ildə Şiraz şəhərində mühafizəçini qətlə yetirib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ Prezidenti Donald Tramp İran tərəfinə N.Əfkarinin edam olunmaması ilə bağlı çağırış etmişdi.

Azvision.az


Teqlər: İran   Edam  





Xəbər lenti