Bu yollardan keçməyin - SİYAHI

  19 Mart 2013    Oxunub : 298
Bu yollardan keçməyin - SİYAHI
Paytaxtda nəqliyyat vasitələrinin sıxlığı yaranıb.
Bakı şəhər Dövlət Yol Polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun AzVision.az-a verdiyi məlumata görə, sıxlıq yaranmasına səbəb şəhərin paytaxtın müəyyən küçə və prospektlərində Novruz şənliklərinin keçirilməsidir:

“Hazıda Novruz bayramı ilə əlaqədar olaraq Bakının Azneft dairəsində, Neftçilər prospekti ilə Dənizkənarı Bulvar boyu, Azadlıq meydanı istiqamətində, Qız qalası ətrafında, Qoşa Qala Qapısında şənliklərin keçirilməsi davam edir. Bu işlərin də aparılmasında çoxlu sayda insan iştirak edir. Söz yox ki, onların təhlükəsizliyini tımin etmək zərurəti yaranır”.

Bu məqsədlə də qeyd edilən istiqamətlərdə istənilən küçə və yol kəsişmələrində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.

Sevinc Fədai

Teqlər: