İranda koronavirusdan ölənlərin sayı 23 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 23 mini keçib
  12 Sentyabr 2020    Oxunub:3765
İranda son 24 saat ərzində 2139 nəfərdə koronavirusa yoluxma aşkar edilib, 116 pasiyent həyatını itirib.
Azvision.az İranın Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, bununla ölkədə virusa yoluxanların ümumi sayı 399 940, ölənlərin sayı isə 23 029-a çatıb.

İndiyədək xüsusi xəstəxanalarda müalicə alaraq sağalan 344 516 nəfər evə buraxılıb. Müalicəsi davam edən 3768 xəstənin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti