Britaniyada yoluxma sayı yenidən artır

Britaniyada yoluxma sayı yenidən artır
  13 Sentyabr 2020    Oxunub:3438
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3497 yeni yoluxma faktı qeydə alınıb, 9 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 365 min 174, xəstəlikdən ölənlərin sayı isə 41 min 623 nəfərə çatıb.

Qeyd edək ki, son günlər Böyük Britaniyada yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti