Koronavirusu aşkarlayan maska - Qiyməti 36 dollardır

   Koronavirusu aşkarlayan maska -    Qiyməti 36 dollardır
  13 Sentyabr 2020    Oxunub:4186
Sinqapur alimləri koronavirusa yoluxmanın simptomlarını müəyyənləşdirə bilən maska hazırlayıblar.

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, maskada nəbz, bədəninin istiliyi, təzyiq, nəfəsalma vəziyyəti və digər əlamətlər barədə məlumat toplayan sensorlar quraşdırılıb.
Həkimlərin xəstənin vəziyyətini və onda baş verən dəyişiklikləri qiymətləndirə bilməsi üçün sensorlar hər yarım saatdan bir mobil telefondakı xüsusi əlavə vasitə ilə pasiyentin səhhəti barədə məlumat ötürür.

Hazırda maskanın satış qiyməti 36 dollardır.

Azvision.az


Teqlər: Maska   Koronavirus  





Xəbər lenti