Ermənistanda COVID-19-dan ölüm sayı 916-ya çatdı

Ermənistanda COVID-19-dan ölüm sayı 916-ya çatdı
  13 Sentyabr 2020    Oxunub:4736
Ermənistanda son sutka ərzində daha 187 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 45 862 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 5 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 916-ya çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 282 nəfərdir.

Azvision.az


Teqlər: Ermənistan   Koronavirus   Pandemiya  





Xəbər lenti