Hindistanda bir gündə 1114 nəfər virusdan öldü

Hindistanda bir gündə 1114 nəfər virusdan öldü
  13 Sentyabr 2020    Oxunub:2958
Hindistanda son sutka ərzində 94 372 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının sayı 4 754 356 nəfərə çatıb. Son bir gündə 1114 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 78 586-ya yüksəlib.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Azvision.az


Teqlər: Hindistan   Koronavirus   Pandemiya  





Xəbər lenti