Türkiyədə koronavirusdan daha 57 nəfər öldü

 Türkiyədə koronavirusdan daha 57 nəfər öldü
  14 Sentyabr 2020    Oxunub:3301
Türkiyədə son sutka ərzində 57 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, 1527 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 7056, virusa yoluxanlar isə 291 162 nəfərə çatıb.

Türkiyədə indiyədək 258 833 pasiyent (son sutkada 1102 nəfər) sağalaraq evə buraxılıb.

Azvision.az


Teqlər: Türkiyə   Koronavirus  





Xəbər lenti