Britaniyada yoluxma sayı artmaqda davam edir

Britaniyada yoluxma sayı artmaqda davam edir
  14 Sentyabr 2020    Oxunub:2444
Böyük Britaniyada son sutka ərzində koronavirusa (COVID-19) 3330 yeni yoluxma faktı qeydə alınıb, 5 nəfər infeksiyadan vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Britaniyada koronavirusa yoluxanların ümumi sayı 368 min 504, xəstəlikdən ölənlərin sayı isə 41 min 628 nəfərə çatıb.

Son günlər Böyük Britaniyada yoluxma sayında ciddi artım müşahidə edilir.

Azvision.az


Teqlər: Britaniya   Koronavirus   Pandemiya  





Xəbər lenti