Gürcüstanda koronavirusa yoluxma sürətlə artır

Gürcüstanda koronavirusa yoluxma sürətlə artır
  14 Sentyabr 2020    Oxunub:2398
Gürcüstanda son sutka ərzində daha 165 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 2392-yə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1369 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5882, stasionar nəzarətdə isə 390 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus  





Xəbər lenti