Putin Lukaşenko ilə təkbətək görüşəcək

Putin Lukaşenko ilə təkbətək görüşəcək
  14 Sentyabr 2020    Oxunub:1997
Rusiya Prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko arasında danışıqlar Soçidə təkbətək formatda keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə BelTA agentliyi məlumat yayıb.

Qeyd olunub ki, liderlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın vəziyyətini və inkişaf perspektivlərini, ittifaq münasibətlərinin mövzularını, habelə beynəlxalq problemləri və bölgədəki vəziyyəti, ortaya çıxan çağırışlara birgə cavab məsələlərini müzakirə edəcəklər.

Bu, Lukaşenkonun prezident seçkilərindən sonra ilk xarici səfəridir. Rusiya bir sıra Qərb dövlətlərindən fərqli olaraq qonşu ölkədə keçirilən səsvermənin nəticələrini qanuni sayıb.

Azvision.az


Teqlər: Balrus   Rusiya  





Xəbər lenti