Misirdə prezidentliyə ilk namizəd

Misirdə prezidentliyə ilk namizəd
  28 Yanvar 2014    Oxunub:1029
Misirin müdafiə naziri Əbdülfəttah əs-Sisinin prezident vəzifəsinə namizədliyi irəli sürülüb. O bu gün həm də feldmarşal rütbəsi alıb.

Misir Silahlı Qüvvələrinin Ali Şurası qarşıdakı prezident seçkilərində ölkənin müdafiə naziri Əbdülfəttah əc-Sisinin namizədliyini irəli sürüb. AzVision.az AzərTAc - a istinadən xəbər verir ki, bu, Silahlı Qüvvələrin Ali Şurasının məsələni müzakirə etmək üçün keçirdiyi növbədənkənar iclasından sonra məlum olub.

Prezident seçkilərinin keçiriləcəyi konkret gün hələlik elan edilməmişdir, lakin ölkə konstitusiyasına görə, prezident seçkiləri yeni konstitusiya qəbul olunduqdan sonra 90 gündən gec olmayaraq keçirilməlidir. Ölkənin yeni əsas qanunu bu il yanvarın 14-15-də keçirilmiş ümumxalq referendumunda ölkə vətəndaşlarının 98 faizi tərəfindən qəbul olunub.

Xatırladırıq ki, bu gün Misirin müvəqqəti prezidenti Ədli Mənsurun fərmanı ilə Əbdülfəttah əs-Sisiyə feldmarşal ali hərbi rütbəsi verilib.


Teqlər:  





Xəbər lenti