Bakı metrosu 72 gündən sonra - FOTOREPORTAJ

Bakı metrosu 72 gündən sonra -  FOTOREPORTAJ
  14 Sentyabr 2020    Oxunub:26694
Bu gündən başlayaraq Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti bərpa edilib.
Azvision.az xəbər verir ki, Bakı metrosu 72 gündən sonra yenidən sərnişinlərin istifadəsinə verilib.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sentyabrın 30-na qədər elan edilmiş xüsusi karantin rejimi dövründə metropoliten stansiyaları həftəiçi 5 gün səhər saat 06:00-dan gecə saat 00:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. İstirahət günləri ərzində digər ictimai nəqliyyat vasitələri kimi metropoliten də sərnişin daşımayacaq.

Hazırda Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunub. Bundan əlavə, əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti bərpa edilib.

“İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstəriş”ə uyğun olaraq, Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskakardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir.

Tibbi maska taxmadan metropolitendən istifadə qadağandır.









































Foto: Şahin Sərdarov
Azvision.az


Teqlər: Metro  





Xəbər lenti