Makron Putinlə Navalnını müzakirə etdi

Makron Putinlə Navalnını müzakirə etdi
  15 Sentyabr 2020    Oxunub:3012
Rusiya Prezidenti Vladimir Putin və Fransa lideri Emmanuel Makron arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.

Danışıq zamanı Makron bildirib ki, Navalnı məsələsi fonunda atılacaq bütün addımlarda Almaniya ilə həmrəydir.

Bundan əlavə, Fransa Prezidenti Navalnı ilə bağlı vəziyyəti aydınlaşdırmaq üçün Moskvanı hərtərəfli araşdırma aparmağa çağırıb.

Azvision.az


Teqlər: Makron   Putin   Navalnı  





Xəbər lenti