BMT koronavirusla bağlı qətnamə qəbul edib

BMT koronavirusla bağlı qətnamə qəbul edib
  15 Sentyabr 2020    Oxunub:2617
BMT Baş Assambleyası “Koronavirus xəstəliyinin pandemiyasına qarşı hərtərəfli və əlaqələndirilmiş reaksiya tədbirləri barədə” qətnaməni qəbul edib.
Sənəddə COVID-19 epidemiyasına qarşı qlobal reaksiyanın əsas siyasi və sosial-iqtisadi ölçüləri öz əksini tapıb.

Bundan əlavə, koronavirusa qarşı mübarizə məqsədilə ilkin tibbi-sanitariya yardımı, səhiyyə xidmətlərinin ümumi əhatə olunması və əhalinin peyvənd olunması, eləcə də bütün dövlətlərin davamlı inkişaf naminə iqtisadiyyatın bərpası üzrə səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Üzv ölkələr BMT sisteminin milli hökumətlərin qəbul etdiyi tədbirlərə yardım etmək üçün gördüyü işləri bəyəniblər və BMT-nin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ümumi sistem səylərində əsas liderlik rolunu etiraf ediblər.

Azvision.az



Teqlər: BMT   Koronavirus  





Xəbər lenti