Rusiyada daha 150 nəfər koronavirusdan ölüb

 Rusiyada daha 150 nəfər koronavirusdan ölüb
  15 Sentyabr 2020    Oxunub:3721
Rusiyada son bir gündə daha 5529 nəfərə COVID-19 diaqnozu qoyulub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 073 849 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 150 nəfər artaraq 18 785-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 884 305 nəfər sağalıb.

Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti