İstefa verən baş nazirin qardaşı müdafiə naziri olacaq

İstefa verən baş nazirin qardaşı müdafiə naziri olacaq
  15 Sentyabr 2020    Oxunub:2897
Vəzifəsindən istefa verən Yaponiyanın Baş Naziri Şinzo Abenin kiçik qardaşı Nobuo Kisi ölkənin yeni Müdafiə naziri olacaq.
Azvision.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bundan əvvəl, Kisi Yaponiya Xarici İşlər nazirinin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Yaponiyada Nazirlər Kabinetinin Baş katibi Yoşihide Suqa hakim Liberal Demokrat Partiyasının (LDP) lideri seçilib. 16 sentyabrda parlamentin növbədənkənar iclası keçiriləcək və burada səhhəti ilə əlaqədar vəzifəsindən gedən Şinzo Abeni əvəz edəcək Baş Nazirin namizədliyinə ( Yoşihide Suqa – Red) səs veriləcək. Yoşihide Baş Nazir seçiləcəyi təqdirəd həmin gün Nazirlər Kabinetini formalaşdıracaq.

Azvision.az


Teqlər: Yaponiya   Baş-nazir  





Xəbər lenti