Prezident Novruz şənliklərində iştirak edib

Prezident Novruz şənliklərində iştirak edib
  19 Mart 2013    Oxunub:1279
Bakıda Azərbaycan xalqının milli bayramı Novruz münasibətilə ümumxalq şənliyi keçirilir.
Prezident İlham Əliyev də Novruz şənliklərində iştirak edib. Dövlət başçısı əvvəlcə Qız qalasının qarşısındakı meydana gəlib. Meydana toplaşmış minlərlə şəhər sakini, paytaxtın qonaqları dövlət başçısını hərarətlə qarşılayıblar.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanıblar. Dədə Qorqud xeyir-dua verərək, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Milli geyimli uşaqlar meydanda rəqs ediblər. İncəsənət ustalarının baharı, Azərbaycanı tərənnüm edən mahnıları ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururub.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb, bayram şənliyində nitq söyləyib.


Teqlər:  





Xəbər lenti