AŞPA-nın sessiyası oktyabrda keçiriləcək

AŞPA-nın sessiyası oktyabrda keçiriləcək
  15 Sentyabr 2020    Oxunub:3758
Avropa Şurası Parlament Assambleyası (AŞPA) payız sessiyasını ləğv etməyib, əksinə onu Daimi Komitənin genişləndirilmiş iclası ilə əvəzləyib.
Azvision.az xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daems bildirib.

Onun sözlərinə görə, dünən Büro AŞPA-nın dördüncü iclasının iki hissədən ibarət, Daimi komitənin genişləndirilmiş iclası ilə əvəz edilməsi barədə qərar verib. Belə ki, birinci hissə 12-13 oktyabr, ikincisi isə 22-23 oktyabr tarixlərində baş tutacaq.

Lakin geniş iclasların hansı formatda keçirilməsi ilə bağlı yekun qərar verilməyib.

Qeyd edək ki, AŞPA bu il koronavirus pandemiyası səbəbindən yaz və yay sessiyasını təxirə salıb. Mövcud vəziyyətə görə AŞPA Belarusda keçirilən prezident seçkilərinə müşahidəçi göndərməyib.

Azvision.az


Teqlər: AŞPA  





Xəbər lenti