Kazaklar Soçini qorumağa başladılar
Qərb KİV-i isə fakta təəccübləniblər. Kazakların ciddi təşkilat deyil, sadəcə işdən sonrakı vaxtlarda əyləncə məqsədi ilə yaradıldığını düşünən avropalılar Rusiya tarixinə yenidən nəzər salmağa məcbur olublar. Əsrlərdən bəri kazaklar Rusiya və Ukraynanın hərbi qüdrətini simvolizə edib. Onların cəsurluğundan, nailiyyətlərindən bəhs edən əsərlər yazan Lev Tolstoy və Aleksandr Puşkin də kazakların döyüşkən reputasiyasının formalaşmasına yardım edib.
Xatırladaq ki, 14, 15, 16-cı əsrlərdə kazaklar rus çarlarının regionlarda apardıqları müharibələrdə onlara dəstək olublar. Onlar özlərini ən çətin döyüşlərdə belə son anda qələbə qazana bilən nəhəng hərbi güc olaraq təsdiq edə biliblər.
Hazırda kazakların rolu başqa olsa da, onlar yenə də hərbi güc rolunu oynamaqda davam edirlər. Bunun bariz nümunəsi kimi Soçi Olimpiadasında patrul xidmətinə onların cəlb olunmasını göstərmək olar.
Xatırladaq ki, ilk dəfə onları xidmətə Krasnodar diyarının qubernatoru Aleksandr Tkaçev cəlb etmişdi. O bu addımı “Polisin bacara bilmədiyini, kazak bacarar”- deyə izah etmişdi.
Vüqar İsmayılov