​Özbəkistanda COVID-19-la bağlı son vəziyyət

  16 Sentyabr 2020    Oxunub : 1465
​Özbəkistanda COVID-19-la bağlı son vəziyyət
Özbəkistanda son sutka ərzində daha 570 nəfər koronavirusa yoluxub, 5 pasiyent pandemiyanın qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkədə virusa yoluxanların ümumi sayı 48 565 nəfərdir. İndiyədək 45 028 xəstə sağalıb.

Tibb müəssisələrində müalicə alan 3104 nəfərdən 483-nün vəziyyəti ağır, 245 nəfərin durumu isə kritik qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Koronavirus   Özbəkistan