Şinzo Abenin qardaşı Müdafiə naziri oldu

Şinzo Abenin qardaşı Müdafiə naziri oldu
  16 Sentyabr 2020    Oxunub:3031
Yaponiyanın sabiq Baş Naziri Şinzo Abenin qardaşı Nobuo Kisi yeni hökumətdə Müdafiə naziri təyin edilib.
Azvision.az xəbər verir ki, nazir vəzifələrinə təyinatlar Nazirlər Kabinetinin Baş Katibi Katsunobu Kato tərəfindən elan edilib.

Hərbi qurumun rəhbəri postunda Kisi Taro Kononu əvəzləyib. Taro Kono bu dəfə inzibati islahat işləri üzə nazir postuna təyin olunub.

Qeyd edək ki, N. Kisi Abenin ögey qardaşıdır. Onların fərqli soyadlarının olmasına səbəb isə Kisinin ana qohumları tərəfindən övladlığa götürülməsi olub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti