İranda son sutkada 179 nəfər koronavirusdan öldü

İranda son sutkada 179 nəfər koronavirusdan öldü
  16 Sentyabr 2020    Oxunub:2651
İranda son sutka ərzində daha 179 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 23 632 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2981 nəfər artaraq 410 334-ə yüksəlib.

İranda indiyədək 352 19 pasiyent sağalıb, 3827 xəstənin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus   Pandemiya  





Xəbər lenti