Rusiyaya giriş qaydaları sadələşdirildi

Rusiyaya giriş qaydaları sadələşdirildi
  16 Sentyabr 2020    Oxunub:3129
Rusiya hökuməti xarici vətəndaşlar üçün ölkəyə giriş qaydalarını sadələşdirib.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Baş Nazir Mixail Mişustin Nazirlər Kabinetinin iclasında deyib.

Onun sözlərinə görə, Rusiya vətəndaşlarının yaxın qohumları viza üçün sadələşdirilmiş qaydada müraciət edə biləcəklər. Baş Nazir vurğulayıb ki, yaxın qohumlar sırasına həyat yoldaşı, valideynlər, övladlar, qardaş, bacı, baba, nənə və nəvələr daxildir:

"Bu cür qohumlar bir ilə qədər qüvvədə olan uzunmüddətli özəl vizalar ala biləcəklər və bu, vətəndaşımızın yazılı müraciəti əsasında baş tuta bilər".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Rusiya   Viza  





Xəbər lenti