Amerikalı rəssam Leninin cəsədini almaq istəyir

 Amerikalı rəssam Leninin cəsədini almaq istəyir
  16 Sentyabr 2020    Oxunub:4354
Amerikalı rəssam Devid Datuna Vaşinqtonda Vladimir Leninin mavzoleyinin bənzərini yaratmaq istəyir.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, sənətçi bu məqsədlə Leninin cəsədini almaq niyyətindədir.

D. Datunanın fikrincə, Lenin və mavzoleyi ABŞ-ın indi Rusiyadan daha çox ehtiyac duyduğu dəyişikliklərin ən parlaq simvoludur.

"Amerikalılar ömürləri boyu kredit ödəməyə məcbur olduqları və dərmanları pulsuz əldə etmə imkanları olmayan təcavüzkar kapitalizm siyasətindən bezib",-deyə Datuna bildirib.

Rəssam Leninin cəsədi üçün 1 milyon dollarlıq ilkin ödəniş təklif edib və vurğulayıb ki, satınalmaya görə 1 milyard dollardan çox pul toplamağa hazırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Lenin   ABŞ   Rəssam  





Xəbər lenti