Hindistanda virusa rekord yoluxma qeydə alındı

Hindistanda virusa rekord yoluxma qeydə alındı
  17 Sentyabr 2020    Oxunub:2916
Hindistanda son sutka ərzində 97 894 nəfər koronavirusa yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə və Ailə Rifahı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə yoluxma hallarının sayı 5 118 253 nəfərə çatıb. Son bir gündə 1132 pasiyent pandemiyanın qurbanı olub. Bununla infeksiyadan ölənlərin sayı 83 198-ə yüksəlib. İndiyə qədər 42 579 xəstə sağalıb.

Qeyd edək ki, Hindistan COVID-19-a yoluxanların sayına görə dünyada ikinici yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Hindistan   Koronavirus  





Xəbər lenti