“Nifrət dili haqqında” qanun qəbul olunacaq

 “Nifrət dili haqqında” qanun qəbul olunacaq
  17 Sentyabr 2020    Oxunub:2502
Bir neçə qurumla birgə yeni qanun layihələrinin hazırlanması barədə müzakirələr aparılır.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında komitə sədri Zahid Oruc deyib.

Komitə sədri bildirib ki, “Nifrət dili haqqında” qanunun qəbul edilməsi ilə bağlı dinləmələrin keçirilməsi nəzərdə tutulub.

"Düşünürəm ki, buna çox ciddi ehtiyac var. Qanun layihəsi beynəlxalq praktikanın Azərbaycana gətirilməsidir. Bu, nifrət aşılayan fikirlərə qarşı qanun layihəsidir”.

Z.Oruc qeyd edib ki, adıçəkilən qanun layihəsi söz və ifadə azadlıqlarına qarşı sənəd kimi qəbul oluna bilməz.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Komitə   İclas   MM  





Xəbər lenti