Ermənistanda sabiq rektora cinayət işi açıldı

Ermənistanda sabiq rektora cinayət işi açıldı
  17 Sentyabr 2020    Oxunub:2654
Ermənistanın İstintaq Komitəsi İrəvan Dövlət Universitetinin keçmiş rektoru Aram Simonyana cinayət işi açıb.
Azvision.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, sabiq rektor vəzifədə olduğu müddətdə səlahiyyətlərindən sui-istifadədə günahlandırılıb.

A. Simonyan universitetin maliyyə vəsaitindən 70 min dolları mənimsəyib. Hazırda istintaq gedir, sabiq rektorun yaşayış yerini tərk etməsi qadağan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Ermənistan   Cinayət  





Xəbər lenti