Rusiyada koronavirusdan ölənlərin sayı 19 mini keçdi

Rusiyada koronavirusdan ölənlərin sayı 19 mini keçdi
  17 Sentyabr 2020    Oxunub:2518
Rusiyada son sutka ərzində koronavirusa 5762 yeni yoluxma qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 1 085 281 nəfərə çatıb.

Rusiyada son sutkada 144 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 19 061 nəfərdir. İndiyədək 895 968 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada dördüncü yerdədir.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti