Navalnını oteldə zəhərləyiblər?

Navalnını oteldə zəhərləyiblər?
  17 Sentyabr 2020    Oxunub:2961
Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının tərəfdarları onun Tomskdakı otel otağında zəhərləndiyini bildiriblər.
Azvision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssislərin "Noviçok" qrupundan olan zəhərli maddənin izlərini tapdıqları iddia edilən su butulkası Navalnının Tomskdakı otel otağından götürülüb.

Müxalifətçinin tərəfdarları iddial edirlər ki, Navalnının səhhətinin pisləşməsi ilə bağlı məlumat yayıldıqdan bir saat sonra otağa baxılıb və onun təmasda ola biləcəyi bütün əşyalar araşdırılıb.

Qeyd edək ki, avqustun 20-də Navalnının olduğu təyyarə Omskda təcili eniş edib və bloger xəstəxanaya aparılıb. Hazırda o, Almaniyadadır, süni komadan çıxarılıb. Almaniyalı həkimlər onun "Noviçok" qrupundan olan zəhərli maddədən zəhərləndyini bildiriblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Navalnı   Rusiya  





Xəbər lenti