İranda daha 176 nəfər koronavirusdan öldü

İranda daha 176 nəfər koronavirusdan öldü
  17 Sentyabr 2020    Oxunub:2819
İranda son sutka ərzində daha 176 nəfər koronavirusdan dünyasını dəyişib.
Azvision.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Sima Sadat Lari bildirib.

Onun sözlərinə görə, ölkədə pandemiya qurbanlarının sayı 23 808 nəfərə çatıb. Virusa yoluxma sayı son sutkada 2815 nəfər artaraq 413 149-a yüksəlib.

İranda indiyədək 355 848 koronavirus xəstəsi sağalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti