ABŞ-da koronavirus təhlükəsi böyüyür

ABŞ-da koronavirus təhlükəsi böyüyür
  17 Sentyabr 2020    Oxunub:2613
ABŞ-da son sutka ərzində koronavirusa 36 782 yoluxma faktı qeydə alınıb, daha 977 pasiyent ölüb.
Azvision.az xəbər verir ki, Cons Hopkins Universitetinin məlumatına görə, ölkədə indiyədək 6,6 milyon nəfər koronavirus infeksiyasına yoluxub.

Bunlardan 196 804 nəfər dünyasını dəyişib, 2,5 milyondan çox pasiyent isə sağalıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ABŞ   Koronavirus  





Xəbər lenti