Mədəniyyət komitəsi ictimai dinləmələr keçirəcək

Mədəniyyət komitəsi ictimai dinləmələr keçirəcək
  17 Sentyabr 2020    Oxunub:2901
Milli Məclisin Mədəniyyət komitəsi tərəfindən ictimai dinləmələr keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Qənirə Paşayeva deyib.

Komitə sədri bildirib ki, tarixi abidələrin qorunması, gənc rəssamların üzləşdiyi problemlərlə bağlı payız sessiyasında ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub.

Q.Paşayeva, həmçinin qeyd edib ki, komitədə “Kinematoqrafiya haqqında” qanun layihəsinin üzərində çalışmaq üçün İşçi Qrup yaradılacaq.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: MM   Komitə   Mədəniyyət  





Xəbər lenti