Litvanın XİN rəhbərindən Lukaşenkoya cavab

Litvanın XİN rəhbərindən Lukaşenkoya cavab
  18 Sentyabr 2020    Oxunub:3193
Litvanın Xarici İşlər naziri Linas Linkyaviçus Belarus Prezidenti Aleksandr Lukaşenkonun Litva və Polşa ilə sərhədlərin bağlanması barədə açıqlamalarının qeyri-adekvat olduğunu bildirib.
Azvision.az xəbər verir ki, XİN rəhbəri bu barədə Litva Milli Radio və Televiziyasına verdiyi müsahibədə danışıb.

"Ordunun yarısının ölkənin qərb sərhədinin qorunması üçün göndərilməsi ilə bağlı açıqlamalar verilib. Sanki burada bir şey təhdid edir, kimsə hücum edəcək. Bu, qeyri-adekvat adamın vəziyyətə qeyri-adekvat reaksiyasıdır".

Nazir qeyd edib ki, qonşu dövlətin iqtisadiyyatı iflas həddində olduğunda addımlar balanslı və məsuliyyətli şəkildə atılmalıdır, çünki bu, ölkənin özünə qarşı çevrilə bilər.

Qeyd edək ki, Aleksandr Lukaşenko Litva və Polşa ilə dövlət sərhədinin bağlanmalı, Ukrayna ilə isə sərhədin gücləndirilməli olduğunu açıqlayıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti