Braziliyada bir gündə 829 nəfər virusdan ölüb

  18 Sentyabr 2020    Oxunub : 2201
Braziliyada bir gündə 829 nəfər virusdan ölüb
Braziliyada son 24 saat ərzində 829 nəfər koronavirusun qurbanı olub.
Azvision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada COVID-19 virusundan ölənlərin sayı 134 935-ə yüksəlib. Yoluxma sayı son sutkada 36 303 nəfər artaraq 4 455 386-ya çatıb. İndiyədək 3 753 082 xəstə sağalıb.

Braziliya Latın Amerikasında "epidemiyanın mərkəzi" olaraq xarakterizə edilir.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Braziliya   Koronavirus