Tixanovskaya BMT-də Belarusla bağlı çağırış edib

Tixanovskaya BMT-də Belarusla bağlı çağırış edib
  18 Sentyabr 2020    Oxunub:2634
"Belarusdakı vəziyyət dərhal beynəlxalq müdaxiləni tələb edir".
Azvision.az xəbər verir ki, bunu keçmiş prezidentliyə namizəd Svetlana Tixanovskaya BMT İnsan Haqları Şurasında videomüraciəti zamanı deyib.

O, ölkəyə girişə icazə verilməsinə və BMT-nin İnsan Hüquqları üzrə xüsusi məruzəçisinin sərbəst hərəkət etməsinə çağırıb.

Rusiya, Belarus, Venesuela və Çindən olan nümayəndələr isə qaydaların pozulmasına işarə edərək Minsklə bağlı müzakirələrin dayandırılmasını tələb ediblər.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Belarus  





Xəbər lenti