İranın bütün əyalətləri “risk zonası” elan edildi

 İranın bütün əyalətləri “risk zonası” elan edildi
  18 Sentyabr 2020    Oxunub:3354
"Ölkənin bütün əyalətləri "qırmızı" və "risk zonası"na daxil olub. Vəziyyət belə davam edərsə, virusdan ölənlərin sayı 45 minə çatacaq".

Azvision.az İRNA agentliyinə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi ölkədə virusla bağlı son vəziyyəti şərh edərkən deyib.
"Təbrizdə xəstəxanaya yerləşdirilənlərin gündəlik sayı 40-dan 160-a çatıb. Qumda da hər gün eyni sayda insan tibb müəssisələrinə aparılır. "Narıncı" və "sarı" zonamız yoxdur. Ölkənin bütün əyalətləri "qırmızı zona"ya daxil olub".

Şahanə Rəhimli
Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti