İsrail yenidən karantin rejiminə qayıdır

 İsrail yenidən karantin rejiminə qayıdır
  18 Sentyabr 2020    Oxunub:2963
İsraildə yenidən 3 həftəlik karantin rejimi tətbiq edilib.
Azvision.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, buna səbəb ölkədə virusa yoluxanların sayının artmasıdır.

Karantin tədbirləri çərçivəsində vətəndaşların evlərindən 100 metr məsafədən uzaqlaşması qadağan edilib.

Çörək bişirilən sexlər, aptek və marketlər istisna olmaqla, digər müəssisələr bağlanacaq. Qapalı məkanlarda maksimum 10, açıq sahələrdə isə 20 nəfər sosial məsafə qaydalarına əməl etmələri şərti ilə bir araya gələ biləcək.

Bundan əlavə, şəhərlərarası səyahətlərə məhdudiyyətlər qoyulacaq. Karant rejiminə nəzarət tədbirlərinə 6 min polis və 1000 əsgər cəlb olunacaq.

Qeyd edək ki, İsraildə virusa yoluxanların sayı 176 min 933 nəfərə çatıb. Onlardan 577-nin vəziyyəti ağırdır.

Şahanə Rəhimli
Azvision.az


Teqlər:





Xəbər lenti