COVID-19 qurbanlarının sayı 954 mini keçdi

  18 Sentyabr 2020    Oxunub : 3075
   COVID-19 qurbanlarının sayı 954 mini keçdi
Dünyada koronavirus infeksiyasına yoluxanların və ölənlərin sayı hər gün artmaqda davam edir.

Azvision.az "Worldometers" portalına istinadən xəbər verir ki, dünya ölkələri üzrə virusa yoluxma sayı 30 milyon 597 min 584, pandemiya qurbanlarının sayı 954 min 38 nəfərə çatıb.
İndiyədək 22 milyon 247 min 541 nəfər xəstəlikdən sağalıb. Hazırda müalicəsi davam edən 61 mindən çox pasiyentin vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, COVID-19 virusu ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Pandemiya 210-dan ölkədə qeydə alınıb.

Azvision.az

Teqlər: Koronavirus   Pandemiya