Britaniyada ikinci dalğa başlayıb

  19 Sentyabr 2020    Oxunub : 3036
 Britaniyada ikinci dalğa başlayıb
Böyük Britaniyanın Baş Naziri Boris Conson ölkəsində koronavirus pandemiyasının ikinci dalğasının başladığını bildirib.
Azvision.az xəbər verir ki, bu barədə BBC News məlumat yayıb.

"İndi biz ikinci dalğa ilə qarşılaşırıq. Qorxuram ki, bu qaçılmazdır. Biz ölkəmizdə bununla qarşılaşacağıq".

Baş Nazir əlavə edib ki, COVID-19 pandemiyasının yeni dalğası Fransa, İspaniya və bütün Avropada başlayıb.

"Tamamilə daha geniş təcrid tədbirləri tətbiq etmək istəmirəm. Məktəblərin açıq qalmasını istəyirik və təhsil müəssisələrinin işinin əvvəlki səviyyəyə qayıtması fantastikdir. İqtisadiyyatı mümkün qədər açıq tutmaq, biznesin inkişaf etməsini istəyirik", - deyə B.Conson vurğulayıb.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Britaniya   Koronavirus