Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxdu

Gürcüstanda daha 187 nəfər koronavirusa yoluxdu
  19 Sentyabr 2020    Oxunub:3123
Gürcüstanda son sutka ərzində daha 187 nəfər koronavirusa yoluxub. Ölkə üzrə ümumi yoluxma sayı 3306-ya çatıb.
Azvision.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi saytında məlumat yer alıb.

İndiyədək 1481 pasiyent sağalıb, 19 nəfər dünyasını dəyişib. Hazırda karantində 5014, stasionar nəzarətdə isə 836 nəfər saxlanılır.

Qeyd edək ki, son günlər Gürcüstanda yoluxma sayında ciddi artım müşahidə edilir. Ölkədə pandemiyanın ikinci dalğasının başladığı elan olunub.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Gürcüstan   Koronavirus   Pandemiya  





Xəbər lenti